Sədərək rayonunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilibbackend

Sədərək rayonunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

  7 noyabr 2025- ci il tarixində Sədərək Rayon Uşaq Musiqi məktəbində “Konstitusiya və Suverenlik” ili çərçivəsində 8 – noyabr Zəfər

Gününə həsr olunmuş ” Şanlı Zəfərimiz” adlı tədbir keçirilib.Tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın

müavini Vüsalə Əliyeva, Sədərək rayon Mədəniyyət şöbəsinin müdiri Malik İsmayılov, 1 ci və 2ci Qarabağ müharibəsi qaziləri, Şəhid

ailə üzvləri və məktəb kollektivi iştirak etmişdir.

Tədbirə başlamazdan əvvəl ilk öncə Ulu öndər Heydər Əliyevin və vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1

dəqiqəlik sükutla yad edilmiş, və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin

direktoru Vəfa Həsənova açaraq qeyd etmişdir ki, Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin  yürütdüyü siyasət müasir

Azərbaycanın güclənməsinə, milli – mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etmişdir. 44 günlük Vətən

müharibəsində qazanılan qələbənin Azərbaycan xalqının çox əsrlik tarixinə qızıl hərflərlə yazıldığını və Xalq- Lider- Ordu birliyi

nəticəsində şanlı və tarixi Zəfərə nail olduğundan danışaraq tədbir iştirakçılarını “Zəfər Bayramı” münasibətilə təbrik

etmişdir.Daha sonra mövzu ətrafında Sədərək Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın müavini Vüsalə Əliyeva, 1 ci Qarabağ

müharibəsi qazisi Asif Allahyarov çıxış edərək  keçirilən tədbirin mahiyyətini yüksək qiymətləndirmişlər.

Tədbir məktəbin müəllim və şagirdlərinin ifasında  Zəfərimizə həsr olunmuş konsert proqramı ilə başa çatmışdır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki