Şəhid atası dünyasını dəyişdi

Vətən Müharibəsi şəhidi Şöhrət Cəlilovun atası Mehman Rəsulov vəfat edib.

Referans Media  xəbər verir ki,  şəhid atası Xaçmaz şəhər qəbiristanlığında dəfn olunub. 

Qeyd edək ki, 1998-ci ildə Xaçmazda anadan olan Şöhrət Cəlilov Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 24-də Zoğalbulağ, Düdüklü kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 28-də Xaçmaz şəhərində dəfn olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki