Azərbaycanda 44 min müəllim süni intellektlə işləyəcək

“Bu il 44 mindən artıq təhsilverənə müxtəlif süni intellekt platformaları üzrə istifadə hüququnun və istifadə imkanlarının verilməsini planlaşdırırıq”.

Referans Media  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, ötən il məktəblərdə pilot qaydada tətbiqinə başlanılan süni intellekt imkanlarının əhatəsi bu il genişləndiriləcək.

Onun sözlərinə görə, yeni tədris ilində 44 mindən çox təhsilverənə müxtəlif süni intellekt platformalarından istifadə imkanı yaradılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki