Qods şəhərində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli hərbi bazanın yaxınlığında güclü partlayış baş verib.
Referans Media xəbər verir ki, bu barədə “Fars news” məlumat yayıb. Yayılan ilkin məlumatlara görə, partlayış nəticəsində ərazidə böyük tüstü sütunu müşahidə olunub və hadisə yerində ciddi dağıntıların olduğu qeyd edilir.
Hadisənin səbəbi ilə bağlı rəsmi açıqlama hələ verilməyib və itkilər barədə də dəqiq məlumat yoxdur.
Qeyd edək ki, son günlər Tehran və ətraf bölgələrdə hərbi obyektlərə qarşı zərbələrin intensivləşdiyi bildirilir. Məlumatlara görə, ABŞ və İsrailin İrandakı hərbi infrastruktura qarşı həyata keçirdiyi hücumlar çərçivəsində SEPAH-a bağlı obyektlər də hədəfə alınıb.//globalinfo.az























