Sevastopola DƏHŞƏTLİ HÜCUM: Şəhər tamamilə qaranlığa QƏRQ OLDU

İyunun 24-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) enerji infrastrukturuna təşkil etdiyi kütləvi hücum nəticəsində Sevastopol şəhəri tamamilə elektrik enerjisiz qalıb.

Referans Media  xəbər verir ki, bu barədə Rusiyanın şəhərə təyin etdiyi "qubernator" Mixail Razvojayev məlumat yayıb.

"Obyektlərdə xüsusi rejim tətbiq edilib, mütəxəssislər zərərin miqyasını qiymətləndirir və elektrik enerjisinin bərpası üçün mümkün olan hər şeyi edirlər", - deyə Razvojayev bildirib.

"Bizi işığın olmaması ilə qorxuda bilməzlər. Biz bundan da çətin günlər görmüşük, indi də dözəcəyik", - o həmçinin əlavə edib.

Razvojayev daha əvvəl Sevastopol səmasında 9 pilotsuz təyyarənin vurulduğunu bəyan edib.

Ukraynanın "Exilenova+" monitorinq kanalı isə zərbənin Simferopol İES-ə (İstilik Elektrik Stansiyası) endirildiyini yazır və yarımadada elektrik enerjisinin kəsilməsini bununla əlaqələndirir.

Monitorinq qruplarının məlumatına görə, gecə boyu Krımda güclü partlayış səsləri eşidilib. İddia olunur ki, hücumların əsas hədəfi Sevastopolda yerləşən və yarımadanın əsas elektrik stansiyalarından biri sayılan Balaklav İES olub.

Sevastopoldan başqa, bu gecə Baxçasaray, Kerç və Rusiya Aerokosmik Qüvvələrinin radiotexniki batalyonunun radiolokasiya stansiyasının (RLS) yerləşdiyi Ay-Petri dağı yaxınlığında da partlayışlar qeydə alınıb.

Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında yarımadanın rəhbərinin müşaviri Oleq Kryuçkov Krımda "profilaktik" məqsədlə fasiləli elektrik kəsintiləri qrafikinin tətbiq olunacağını elan edib. İlkin məlumatlara görə, hazırda yarımada ərazisinin təxminən yarısı işıqsız qalıb./musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki