Sexdə bədbəxt hadisə – Maşın hərəkətə gəldi, ustanı öldürdü backend

Sexdə bədbəxt hadisə – Maşın hərəkətə gəldi, ustanı öldürdü 

  Şabranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Referans  “qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Sincanboyad kəndində yerləşən sexdə usta işləyən 1971-ci il təvəllüdlü Ədalət Nəcəfov təmirə dayanmış “Mercedes” markalı yük avtomobili ilə divar arasında sıxılaraq ölüb.

Belə ki, nasaz avtomobil hərəkət edərək ustanı divara sıxıb. Nəticədə ağır xəsarətlər alan 54 yaşlı kişi həyatını itirib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki