backend

Siyəzəndə avtomobildə yanğın – 2 yaşlı uşaq öldü

Siyəzəndə avtomobildə yanğın olub, iki yaşlı uşaq ölüb.

Referans Media  xəbər verir ki, dekabrın 24-ü saat 14 radələrində Böyük Həmyə kəndinin ərazisində kənd sakini 1991-ci il təvəlüdlü Hüseynağa Seyfəl oğlu Bağırova məxsus “VAZ-2107” markalı avtomobildə yanğın baş verib.

Avtomobilin konstruksiyaları yanıb, içəridə olan H.Bağırovun 2023-cü il təvəlllüdlü oğlu ölüb.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki