ŞOK GƏLİŞMƏ: İran da Məkkə sazişinə QOŞULUR

İran Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın kollektiv müdafiə haqqında Məkkə sazişinə qoşulmaq üçün dəvət alıb.

Referans Media xəbər verir ki, bu barədə İran parlamentinin mətbuat xidmətinin rəhbəri Mehdi Rəhimi "Al Mayadeen" telekanalına müsahibəsində bildirib.

Rəhiminin sözlərinə görə, İran hakimiyyəti hazırda bu təklifi nəzərdən keçirir. O, region ölkələrinin "təhlükəsizlik çətiri" yaratmaq cəhdini "İran üçün qələbə" adlandırıb və vurğulayıb ki, Tehran uzun müddətdir bu cür təşəbbüsü müdafiə edirdi.

Rəhimi həmçinin bəyan edib ki, İranla münaqişədə ABŞ-yə kömək edən istənilən ölkə buna görə məsuliyyət daşıyacaq.

Qeyd edək ki, avqustun 7-də Məkkədə Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri kollektiv müdafiə haqqında saziş imzalayıblar. Razılaşmaya əsasən, üç ölkədən birinə hücum sazişin bütün iştirakçılarına hücum kimi qiymətləndiriləcək. Sənədi ABŞ prezidenti Donald Tramp da dəstəkləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki