Gəncədə qadın meyiti tapıldı
Referans Media xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1947-ci il təvəllüdlü Zemfira Məmmədovanın yaşadığı evdə meyiti aşkar edilib.
79 yaşlı qadının meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birıiyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb./Qafqazinfo.az/
