Azərbaycan ağırlıqqaldıranı Musab Məmmədtağıyev Kosovonun paytaxtı Priştina şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində 3 qızıl medal qazanıb.
Referans Media xəbər verir ki, birdən qaldırma hərəkətində 124 kq çəkini başı üzərinə qaldıran idmançı fəxri kürsünün birinci pilləsinə qalxıb.
70 kq çəki dərəcəsində yarışan atlet təkanla qaldırma növündə 145 kq ağırlığın öhdəsindən gələrək yenə qızıl medala yiyələnib.
Beləliklə, iki hərəkətin cəmində 269 kq nəticə göstərən Musab Məmmədtağıyev toplamda Avropa birinciliyinin qızıl medalına sahib olub.
Qeyd edək ki, o, ikinci yerin sahibi Hayk Movsisyanı 17 kq qabaqlayıb./Axar.az/
