Tarkanı dinləmək üçün 500 min ödəyəcəklər - Detallar

Türkiyəli müğənni Tarkan avqustun 29-da Marmarisdə yalnız 400 nəfərin iştirakı ilə xüsusi konsert proqramı ilə çıxış edəcək.

Referans Media  xəbər verir ki, lüks hotellərdən birinin müştəriləri üçün nəzərdə tutulan tədbirə qatılmaq istəyənlər orada ən azı iki gecə qalmalıdırlar. Konsertin də daxil olduğu paketin qiyməti isə 500 min lirədir (18 min manata yaxın).

TV8-də yayımlanan “Gel konuşalım” proqramının aparıcısı Mehmet Üstündağ tədbirin detalları ilə bağlı məlumat almaq üçün hotellə “gizli müştəri” kimi əlaqə saxladığını bildirib. Onun sözlərinə görə, ifaçını cəmi 400 nəfər izləyə biləcək. Konsertə qatılmaq istəyənlər üçün ayrıca bilet satışı nəzərdə tutulmayıb. Paketə otaq və səhər yeməyi ilə yanaşı, Tarkanın konsertinə giriş də daxildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki