Naxçıvanda ağır qəza: 4 nəfər xəstəxanalıq oldu - FOTO

Naxçıvan şəhərinin 21-ci məhəlləsində yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media  “report.az”a istinadla xəbər verir ki, hadisə zamanı "Mercedes" və "Ssang Yong" markalı avtomobillər toqquşub.
 

Qəza nəticəsində 1958-ci il təvəllüdlü Cəfərova Fatma Cəfər qızı, 1963-cü il təvəllüdlü Cəfərova Rüfət Əyyub qızı, 1981-ci il təvəllüdlü Qəhrəmanova Aliyə Hümbət qızı və 1982-ci il təvəllüdlü Babayeva Gülnarə Məmməd qızı xəsarət alıblar.


Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.






  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki