image-seda-sayanda-ter-kokuyor-dedigi-istanbulla-ilgili-19786566_1408_ampbackend

Şok təklif gündəmi silkələdi: Sosial media bu açıqlamadan danışır

Seda Sayan İstanbulla bağlı verdiyi son açıqlamalarla yenidən gündəmə gəlib. Məşhur sənətçi şəhərin sıxlığı və yaşayış şəraitini tənqid edərək diqqətçəkən təklif irəli sürüb.

Məşhur müğənni bildirib ki, İstanbul artıq həddindən artıq sıxlaşıb və bu vəziyyət gündəlik həyatı çətinləşdirir. Onun sözlərinə görə: “İstanbula giriş nəzarət altına alınmalıdır, hətta pasport sistemi olmalıdır.”

Referans Media xəbər verir ki, aparıcı şəhərdəki izdihamı təsvir edərkən daha sərt ifadələr işlədib: “Metroda qoxuya da, izdihama da dözəcəksən. İstanbul artıq hər kəs üçün çətin şəhərə çevrilib.”

O, həmçinin şəhərdə müxtəlif sosial vəziyyətlərdən olan insanların yaşadığını vurğulayıb.

Seda Sayan açıqlamasında bu fikrin daha əvvəl alim Celal Şengör tərəfindən də səsləndirildiyini xatırladıb. O, İstanbulun artıq idarəolunmaz dərəcədə sıx olduğunu bildirib.

Məşhur müğənninin bu çıxışı sosial mediada geniş rezonans doğurub. Bəziləri fikri “radikal amma real”, digərləri isə “qeyri-mümkün” kimi qiymətləndirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki