Bu ilin yanvar-iyun aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərə 84,8 milyon manat vəsait ödənilib.
Bu barədə Referans Media -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 milyon manat və yaxud 5,8 % çoxdur.
