Biləsuvarda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Referans Media bildiri ki, NOCOMMENT.az cənub bürosunun məlumatına əsasən, hadisə Ələt-Astara magistralında Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki "Hyundai" markalı minik avtomobilinin toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.
Onlar 1997-ci il təvəllüdlü Beyləqan rayon sakini, Məhər Qurban oğlu Kərimov, Binəqədi rayon sakinləri 1999-cu il təvəllüdlü Balaş Yaşar oğlu Mustafayev və 1999-cu il təvəllüdlü Elşən Natiq oğlu Mustafalıdır. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
