Azərbaycan Ermənistana neft satmağa başlayır. Bu barədə prezidentin köməkçisi Hikmət Hacıyev 6 dekabrda Dohada keçirilən forumda danışıb. Hikmət Hacıyev deyib ki, Qəbələ səfəri zamanı sərhədin delimitasiyası ilə yanaşı, Azərbaycan neftinin və neft məhsullarının Ermənistana ixracı məsələsi müzakirə edilib.
Azərbaycanla Ermənistan arasında birbaşa əlaqə olmadığı üçün tranzit Gürcüstan vasitəsilə baş tutmalı idi.
Gürcüstan tərəfi Azərbaycan neftinin Ermənistana tranziti üçün normadan 40 dəfə yüksək məbləğ (0,82$/ton⋅km) tələb edib.
Məlumata görə, Gürcüstan hökuməti Azərbaycandan Ermənistana neft məhsullarının bir dəfəlik pulsuz tranzitinə icazə verib.
Azərbaycan neftinin Ermənistana satışı Qafqazda müəyyən qədər iqtisadi canlanmaya səbəb ola bilərmi? Həmçinin neft və energetika sektorunda hansı perspektivləri vəd edir?
Bu mövzuyla bağlı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzi”nin sədri Samir Hümbətov REFERANS-ın suallarını cavablandırıb:

Politoloq bildirib ki, Prezident köməkçisi Hikmət Hacıyevin açıqlamasında razılaşma olduğu deyilir. Hikmət Hacıyev bildirdi ki, Qəbələdə keçirilən görüşdən sonra bir sıra qərarlar alınıb. Bunların daxilində təbii ki, Azərbaycanın enerji məhsullarının Ermənistana satışıdır. Mənim fikirimcə bu hadisələr müsbət hal kimi dəyərləndirilə bilər, yəni tərəflər arasında etimad quruculuğunu formalaşdırmaq üçün hesab edirəm ki, bucür addımlara ehtiyac var.
Daha sonra həmsöhbətimiz Samir Hümbətov qeyd edib ki, təbii ki, burda gələcək dövrlərdə sərhədlərin açılması, demokratik işlərin aparılması və iqtisadi əlaqələrin qurulması da ola bilər. Bu bir tərəfdən də nəyə xidmət edər desək, Ermənistan müəyyən dərəcədə iqtisadi baxımdan Azərbaycandan asılı hala düşə bilər yəni bu ciddi bir irəliləmə ola bilər. Yəni addımlar atıla bilər, gözlənti var. Sadəcə bu proseslərin əksəriyyətinin Ermənistanda baş tutacaq seçkidən sonra daha da artma ehtimalı var. Çünki o vaxta qədər Paşinyan məsələnin üzərindən sükutnan keçmək istəyir çünki erməni cəmiyyətində aqresiv güclər varki onları ilk mərhələdə məsələni daha həlim şəkildə və nisbətən gizli aparmalıdır ki, digər tərəflər burda qıcıq doğuracaq addımlara yol verməsin.
“Buna görə də düşünürəm ki, prespektiv gözlənilə bilər amma təbii ki, gələcək qarşılığlı addımlardanda çox məsələ asılıdır. Həm neft sektoru həm də energetika sektoru. Bu təkcə neftlə bitməyən digər isə qaz və elektrik enerjisinin satışı ilə həyata keçirilə bilər ki, buda enerji sektorunda Ermənistanın Azərbaycandan asılı vəziyyətə düşməsinə və dolaysıyla regiona stabilləşdirici bir vəziyyətin yaranmasına gətirib çıxara bilər”,-deyə “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzi”nin sədri Samir Hümbətov əlavə edib.
Ləman Xalıqova
Referans.az






















