image-iran-etirazbackend

ABŞ-dən ŞOK XƏBƏRDARLIQ: İranı dərhal tərk edin!

ABŞ İranda davam edən etirazlar və artan təhlükəsizlik risklərini əsas gətirərək, bu ölkədə olan vətəndaşlarına İranı dərhal tərk etmələri barədə çağırış edib.

Referans Media xəbər verir ki, ABŞ-ın Tehrandakı Səfirliyi tərəfindən yayımlanan təhlükəsizlik xəbərdarlığında ABŞ vətəndaşlarından Vaşinqton administrasiyasının köməyinə ehtiyac duymadan İrandan çıxış planı hazırlamaları istənilib.

Açıqlamada ölkədə davam edən kütləvi etirazlar və təhlükəsizlik risklərinə diqqət çəkilərək bildirilib: “İranı dərhal tərk edin. Əgər ölkədən çıxmaq mümkün deyilsə, evinizdə və ya başqa təhlükəsiz bir binada qorunan yerə keçin.”

Ağ Evin sözçüsü Karolin Livitt isə bildirib ki, ABŞ Prezidenti Donald Tramp İran məsələsində ilk növbədə diplomatik yolu üstün tutur, lakin hərbi gücdən istifadə variantı da daim masadadır.

İranda 28 dekabr 2025-ci ildə milli valyutanın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və iqtisadi çətinliklər səbəbindən Tehranın Böyük Bazarı ərazisində başlayan etirazlar qısa müddətdə ölkənin bir çox şəhərinə yayılıb.

Etirazlar zamanı ölən və yaralananlarla bağlı rəsmi açıqlama verilməsə də, İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) etirazların 16-cı gününə dair yaydığı hesabatda 133-ü hüquq-mühafizə əməkdaşı, 1-i prokuror, 9-u 18 yaşdan aşağı olmaqla ümumilikdə 646 nəfərin həyatını itirdiyini, 10 min 721 nəfərin isə saxlanıldığını bildirib.

Qeyd edək ki, etirazlar zamanı zorakılıq hallarının və polis müdaxiləsinin artması fonunda 9 yanvar tarixində ölkə üzrə internet əlaqəsi kəsilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki