“Bizə daxil olan məlumata görə, ilin sonunadək Sumqayıt şəhəri CNG (sıxılmış təbii qaz) və elektriklə işləyən 100 ədəd nəqliyyat vasitəsi ilə təmin olunacaq və yanvardan kart sistemi tətbiq olunacaq”.
Bu sözləri mediaya açıqlamasında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov deyib. Ümumiyyətlə ölkəmizdə ictimai nəqliyyatın qiymət artımı ilə bağlı gözləntilər nələrdir? Avtobusların gediş haqqı artırılacaqmı?
Mövzu ilə bağlı nəqliyyət məsələləri üzrə ekspert Adil Nəbiyev Referans.az-a açıqlamasında bildirib ki, qiymət artımı məsələsi dünyanın hər yerində müşahidə olunur. Xüsusilə ilə də hər ilin əvvəlində. Bizdə isə bu il başa çatmamış ilin axırında qiymət 10 qəpik qalxdı. Bəzi marşurtlarda daha çox qiymət artıqda müşahidə olunur.
Ekspertin qənaəti görə, ancaq bir şey nəzərə alınmalıdır ki, qiymətlər digər ölkələrdə qalxdıqca, ümumiyyətlə əmək haqqı da bərabər qalxır. Ona görə bu qiymətlərə çox ciddi təsir göstərmir. Azərbaycanda isə çox təəssüf ki, maaşların qalxmasından dərhal sonra bir çox məhsulun qiyməti qalxır. Bu da birbaşa insanların yaşayış tərzinə təsir göstərir.
Ekspert onu da xatırladıb ki, avtobus, metro və ümumiyyətlə ictimai nəqliyyatdan aşağı büdcəli kasıb insanlar istifadə edir. Məsələn, rayonlardan, kəndlərdən gəlmiş tələbləri nəzərə almaq lazımdır. Bir tələbə bir neçə dəfə metrodan və bir yaxud bir neçə dəfə ictimai nəqliyyətdan istifadə edir. Kirayə haqqılar baha olduğu üçün çox tələbə şəhər ətrafında, kəəndlərdə qalır.
Ekspertonu həmçinin vurğulayıb ki, AYNA-dan məlumat verilmiş ki, tələblərə müəyyən güzəştlər olunacaq, güzəşt kartları veriləcək. Ancaq bu sözdə deyildi, bir həftədən sonra qiymətlər qalxdı. Hələ o barədə söhbət yoxdur. Suallar olanda da deyirlər ki, avtobuslar hamısı yeniləsin, kart sisteminə keçsin sonra. Yaxşı, əgər bu belə idisə, qiymətləri də avtobuslar kart sisteminə keçəndən sonra qaldırardılar. Yaşayış minimumu, yəni az maaşla işləyən insanları nəzərə alıb, onlara da hər hansı bir güzəştlər eləmək lazımdır.
Müsahibimiz eyni zamanda bildirib ki, qiymət artımı gözləniləndir. Bir çox avtobuslarda güman ki, yenə qiymət artımı olacaq. Mən qiymət qalxan vaxtı da bir neçə dəfə müsahibələrdə demişdim ki, bu qiymətlərin bir manata qalxması da normaldır. Ümumiyyətlə nə cürə normaldır? Çünki ictimai nəqliyyətdən qazanc gözləmək düzgün deyil. Dünyanın bir çox yerlərində ictimai nəqliyyət, ümumiyyətlə, nə cür işləyir? Məsələn Rusiyada sosial kart var. Orada, məsələn, pensiya alan insanlar, tələbələr çox ucuz qiymətə ictimai nəqliyyətdan istifadə edirlər. Məsələn, normalda 1 manatdırsa, onlar kart alanda 50 qəpiyyə və yaxud da daha aşağı qiymətə yararlana bilirlər. İllik kartlar da var ki, daha aşağı qiymətə alıb ondan istifadə edə bilirlər. Çox təəssüf ki, bizdə isə bu cür məqamlara fikir verilmir. AYNA kimi qurumlar ancaq özlərini fikirləşirlər. Lazım olmayan qərarlar veririrlər.
Ekspert qeyd edib ki, ictimai nəqliyyət ümumiyyətlə bərbad haldadır. Nə metroya minmək olmur səhər-səhər, nə avtobusa. Bir-iki saat qabaq getməliyik ki, biz avtobus zolaqları olsa mənzil başına gecikməyək. Bəzi yerlərdə, məsələn, Yusif Səfərov küçəsini keçərkən artıq orada yollar bağlanır və istənilən şəxs dərsə və yaxud işə gecikir.
Həmsöhbətimiz bildirib ki, Sumqayıtda artıq BYD avtobus parkı daha ucuz qiymətə olacaq. Ehtiyat hissələri gəlib burada yığılacaq. Belə daha ucuz başa gəlir. Buna görə qiymət qaldırmağa ehtiyac yoxdur. Sadəcə burada bəzi qurumlar bu cür məqamlardan sui-istifadə edirlər. “CNC ilə işləyən də ən ucuz qazdır demək olar. CNC ilə işləyən avtobuslarda bu qiymət artımı olmamalıdır. Yəni belə çıxır ki, subsidiya olunmur. Ancaq bu avtobusları biz alırıq, millətin cibindən çıxır,” – deyə ekspert qeyd edib.
Bünyamin Bünyadzadə
Referans
