image-suleymaniye-mosque-and-the-turkish-flag-istanbul-turkeybackend

SON DƏQİQƏ! Türkiyədə daha bir məktəb faciəsi – 2 ölü, 2 yaralı

Türkiyənin Diyarbakır şəhərinin Ergani rayonunda məktəblərin birində faciə yaşanıb.

Referans Media  “Qafqazinfo”ya istinadən bildirir ki, hadisə səhər saatlarında baş verib.

Məlumata görə, məktəbin həyətindəki ağaca ildırım düşüb. Nəticədə ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırım həyatını itirib, bir uşaq da ağır xəsarət alıb.

Digər yaralı M.Y isə “Diyarbakır Gazi Yaşargil Eğitim ve Araştırma” xəstəxanasında müalicə olunur və vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, bir neçə gündür Türkiyənin bəzi məktəblərində silahlı hücumların olması geniş müzakirələrə çevrilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki