Bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) öz “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, çərşənbə axşamı “Hizbullah” Livanın cənubundakı Rab-Talatin rayonunda İsrail mövqelərinə bir neçə raket zərbəsi endirib. Cavab olaraq İsrail qoşunları raketlərin atıldığı qurğunu dərhal məhv edib.
Bundan əlavə, İDF-nin bəyanatında deyilir:
“İlkin məlumatların əksinə olaraq, araşdırmalar göstərir ki, Kfar-Yuval və Maayan-Barux rayonlarında həyəcan siqnalları Livandan İsrail ərazisinə doğru buraxılan dronun zərərsizləşdirilməsi səbəbindən işə düşüb. Bu hücumlar atəşkəs razılaşmasının aşkar şəkildə pozulmasıdır”.
Xatırladaq ki, aprelin 14-də İsrail və Livan arasında birbaşa danışıqların ilk raundu baş tutub. Nəticədə aprelin 17-dən qüvvəyə minən 10 günlük atəşkəs razılaşması əldə olunub. Danışıqların növbəti mərhələsi isə aprelin 23-də Vaşinqtonda keçirilməlidir.//publika.az























