“Süni intellekt beyni zəiflədə bilər” - Nevroloqdan XƏBƏRDARLIQ

Son illərdə süni intellekt texnologiyalarından gündəlik həyatda istifadəsi genişlənib. Artıq bir çox insan məlumat axtarışı, mətn yazılması, tərcümə, planlama və hətta qərarvermə prosesində süni intellekt alətlərindən yararlanır. Bu texnologiyalar işi asanlaşdırsa da, insanların düşünmə, analiz etmə və məlumatı yadda saxlama vərdişlərinin zamanla zəifləyə biləcəyi ilə bağlı narahatlıqları artırır.

Maraqlıdır, süni intellektdən uzunmüddətli istifadə insanların yaddaş və düşünmə qabiliyyətinin zəifləməsinə səbəb ola bilərmi?

Referans Media  xəbər verir ki ,mövzu ilə bağlı nevroloq Röyanə Quluzadə Sfera.az-a açıqlama verib.

 Onun sözlərinə görə, süni intellekt həyatımızı asanlaşdırsa da, onun həddindən artıq və passiv istifadəsi yaddaş və düşünmə qabiliyyətinə mənfi təsir göstərə bilər:

“İnsan beyni istifadə olunmayan funksiyaları zamanla zəiflədə bilir. Hazır cavablara daim güvənmək analiz etmə, yadda saxlama və problem həll etmə bacarıqlarının daha az işləməsinə səbəb olur. Davamlı rəqəmsal asılılıq diqqəti azalda bilər, məlumatı əzbərləmək əvəzinə texnologiyaya etibar etmək “rəqəmsal amneziya” yarada bilər”.


Nevroloq qeyd edib ki, sürətli informasiya axını dərin düşünmə vərdişini zəiflədə bilər:


“Lakin süni intellekt düzgün istifadə olunduqda öyrənmə və yaradıcılığı artıran faydalı vasitədir. Əsas məsələ beynin yerinə düşünməsi deyil, beyinlə birlikdə işləməsidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki