Sürücü avtomobili aşırdı: 4 nəfər yaralandı – Foto

Gəncənin Cavad Xan qəsəbəsindən sürücü “Reno Meqan” markalı avtomobilin idarə etməsini itirib.

Referans Media Teleqraf-a istinadən xəbər verir ki, avtomobil yoldan çıxaraq səkidəki ağacları sındırıb.

İlkin məlumata görə, qəza nəticəsində 9 yaşlı Y. Hümbətov, 14 yaşlı T. Hümbətova və daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Yaralıların bir ailənin üzvü olduğu ehtimal olunur.

Faktla bağlı araşdırma başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki