Tailandda inşaat kranının üzərinə düşən qatarın relsdən çıxaraq aşması nəticəsində 22 nəfər həyatını itirib, 30-dan çox şəxs yaralanıb.
Referans Media-nın məlumatına görə, səhər saatlarında paytaxt Bankokdan ölkənin şərqinə hərəkət edən qatar, üzərinə inşaat kranının düşməsi səbəbindən relsdən çıxaraq aşıb.
Tailand polisi bildirib ki, Nakhon Ratçasima əyalətinə bağlı Sikhio bölgəsində, Bankokdan təxminən 230 km şimal-şərqdə yüksək sürətli qatar layihəsi üzərində işləyən kran çöküb və qatarın vaqonlarından birinin üzərinə düşüb.
İlkin məlumatlara görə, qəza nəticəsində ən azı 22 nəfər həlak olub, 30-dan çox şəxs yaralanıb.
Rəsmi şəxslər qatarın relsdən çıxması səbəbindən baş verən yanğının söndürüldüyünü və axtarış-xilasetmə işlərinin davam etdiyini bildiriblər. Qatarın içində olan sərnişin sayı barədə isə hələ rəsmi açıqlama verilməyib.






















