Professor Vəli Sultan Murad oğlu Hacı-Qasımov vəfat edib.
Referans Media “Yeni Sabah”a istinadən xəbər verir ki, kimyəvi kinetika və kataliz sahəsi üzrə tanınmış alim, kimya elmləri doktoru, 89 yaşında dünyasını dəyişib.
Vəli Sultan Murad oğlu Hacı-Qasımov 2 mart 1937-ci il tarixində Bakı şəhərində anadan olub. 1954-cü ildə 6 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakultəsinə daxil olub, sonra isə kimya fakultəsinə keçərək 1960-cı ildə “kimyaçı” ixtisası ilə universiteti bitirib. V.S.Hacı-Qasımov hələ tələbə ikən AEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) kiçik elmi işçi vəzifəsinə işə qəbul olunub və bununla da öz elmi taleyini həmişəlik bu institutla bağlayıb. pizza
1985-ci ildə “Doymuş karbohidrogenlərin oksid katalizatorları üzərində dehidrogenləşməsi” mövzusunda namizədlik dissertasiyasının müdafiəsindən iki il sonra V.S.Hacı-Qasımova “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə professor elmi adı verilib.
Onun rəhbərliyi altında 10 elmlər namizədi müdafiə edib.
Elmi fəaliyyətini şahmatla vəhdətdə saxlamağı bacaran Hacı-Qasımov həmçinin şahmat üzrə idman ustası olub. Uzun illər respublika yığmasının tərkibində çıxış edib, həmçinin respublika və dünya səviyyəli yarışlarda Azərbaycanı təmsil edən gənc şahmatçıların yetişməsində böyük töhfələri olub.
V.S.Hacı-Qasımov 2017-ci ilədək NKPİ-nun 10 saylı laboratoriyasında baş elmi işçi vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!