Tarixi imza atıldı: 40 dəqiqəlik yol 8 dəqiqəyə enir - VİDEO

Zonquldakda illərdir gözlənilən dairəvi yol layihəsi ilə bağlı mühüm mərhələ tamamlanıb. Layihə üzrə 26 milyard 409 milyon 872 min lirə dəyərində müqavilə imzalanaraq tikinti işlərinə başlanılıb.

Referans Media xəbər verir ki, Türkiyə Magistral yollar Baş İdarəsi tərəfindən həyata keçirilən layihənin tenderində dörd şirkət iştirak edib. Qiymətləndirmə nəticəsində "Demce Yapı"–ASL İnşaat iş ortaqlığı ilə müqavilə bağlanıb.

Layihə çərçivəsində tunellər, fərqli səviyyəli yol qovşaqları və yeni nəqliyyat infrastrukturu inşa olunacaq. Rəsmilər bildirirlər ki, layihənin tamamlanması ilə şəhərdaxili nəqliyyatda ciddi rahatlama yaranacaq.

Hazırda tıxac səbəbindən 35–40 dəqiqə çəkən yolun yeni dairəvi yolun istifadəyə verilməsindən sonra 7–8 dəqiqəyə enməsi nəzərdə tutulur.

Layihənin həmçinin ətraf mühitə müsbət təsir göstərəcəyi, nəqliyyat emissiyalarını azaldacağı və yanacaq sərfiyyatını aşağı salacağı qeyd olunur.

Bundan başqa, Filyos Limanı və bölgədə həyata keçirilən enerji layihələri ilə birlikdə Zonquldakın iqtisadi əhəmiyyətinin artacağı vurğulanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki