"Taşacak bu deniz" serialının izləyiciləri üçün sevindirici xəbər var. Bir çox ekran işinin Qurban bayramı tətili səbəbindən fasilə verdiyi günlərdə TRT1 rəhbərliyi fərqli addım atıb.
Bu gün axşam serialın yeni bölümünün yayımlanıb-yayımlanmayacağı maraq doğururdu. Kanalların əksəriyyəti bayram günlərində köhnə buraxılışları və ya təkrar bölümləri ekrana gətirsə də, "Taşacak bu deniz" istisna olub. Populyar layihənin növbəti seriyası bu axşam saat Türkiyə saatı ilə 20:00-da izləyicilərə təqdim ediləcək.
Xatırladaq ki, Ramazan bayramında serialın yayımı tamamilə dayandırılmışdı. TRT1-in bu dəfəki qərarı və bayram günündə yeni bölümü ekrana gətirməsi tamaşaçılar tərəfindən məmnunluqla qarşılanıb.//Demokrat.az
