Məşhur aktrisa var-dövlətinin sirrini açdı: Belə pul yığırmış

Türkiyəli aktrisa Pelin Karahan uşaqlıq və gənclik illərində yaşadığı maddi çətinliklərin pul idarəçiliyinə təsir etdiyini açıqlayıb. O, qazancının böyük hissəsini illərdir yığdığını və bu vərdiş sayəsində ev və avtomobilini öz qazancı ilə aldığını bildirib.

Referans Media xəbər verir ki, “Kavak Yelleri” və “Möhtəşəm Yüzil” serialları ilə tanınan Karahan CNBC Türkiyəyə müsahibəsində maliyyə vərdişlərindən danışıb.

Aktrisa uşaqlıq və gənclik illərində ailəsi ilə maddi çətinliklər yaşadığını deyib. “Pul itirməyin nə demək olduğunu gördüm. Uşaqlığımda, gəncliyimdə pul sıxıntısı da çəkdik. Ona görə uşaqlıqdan qazandığımı yığmağı öyrəndim”, – deyə Karahan bildirib.

Karahan illərdir tətbiq etdiyi qənaət üsulunu da açıqlayıb. Onun sözlərinə görə, qazandığı hər 10 vahidin 6-7-sini kənara qoyur, yalnız 3-4 hissəsini xərcləyir. “10 qazanıramsa, 7-ni, yaxud 6-nı yığım, 3-4-nü xərcləyim. Bir tərəfdə mütləq yığımın olması məndə bir növ təminat hissi yaradırdı. Sonra da davam etdi və çox şükür, qarşılığını aldım”, – aktrisa deyib.

Pelin Karahan yığım vərdişinin nəticəsində əldə etdiyi əmlak barədə də danışıb. “Evim, avtomobilim, hər şeyimi özüm almışam, təkbaşına etmişəm”, – deyə o bildirib.

Aktrisa həddindən artıq qənaətcil olmadığını, lakin qazancını nəzarətsiz şəkildə xərcləmədiyini də vurğulayıb. “Ömrüm boyu pulumu sağa-sola səpələyən biri olmadım. Amma həddindən artıq xəsis olub heç nə yaşamayan biri də deyiləm. Diqqətliyəm. Öz qazandığımı özüm xərcləyirəm, amma xərcləyərkən mütləq yığım da edirəm. Hələ də belədir”, – Karahan qeyd edib.


İki uşaq anası olan Karahan övladlarının gələcək peşə seçimi ilə bağlı verdiyi məsləhəti də bölüşüb. Aktrisa uşaqlarının yalnız pul qazanacaqları deyil, həm də xoşbəxt olacaqları bir iş seçmələrini istədiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki