"İstəsəm, elə partlayışlar edərəm ki... Çox şeylər edə bilərəm, danışılar da. Sadəcə olaraq, söz-söhbətin içinə girmək istəmirəm. Kiməsə cavab verməyə hövsələm yoxdur. Əsəblərimi pozmaq istəmirəm".
Referans Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Xəzər axşamı" verilişində deyib. Sənətçi sosial şəbəkələrdə yazılan rəylərə artıq əhəmiyyət vermədiyini bildirib:
"Kiməsə məcbur qalıb izah etməyə hövsələm yoxdur ki, bunu bu səbəbdən etmişəm. Sosial şəbəkələrdə yazılan rəylərə əvvəllər lap dəli olurduq. Görürdüm ki, nahaq yerə yazırlar. Mən istədiyimi bəlkə də yaxşı başa salmamışam və ya yaxşı təqdim etməmişəm. Görürdüm ki, başqa cür rəylər yazırlar. Onda çox əsəbləşərdim. İndi sosial şəbəkələrdə yazılanlar vecimə deyil". (Axşam.az)
