2021-ci ildə ailə quran və ötən ilin 22 yanvarında əkiz oğulları (İbrahim Ayel və Sinan Emir) dünyaya gələn İdo Tatlısəs və Yasemin Şefkatli paylaşımları ilə pərəstişkarlarını narahat ediblər.
Cütlük oğulları Emirin səhhətinin pisləşdiyini və xəstəxanaya aparıldığını bildirib.
Yasemin Şefkatli palatadan paylaşdığı fotoda “Emirikom bir az xəstələnib” sözlərini yazıb. İdo Tatlısəs də həyat yoldaşının paylaşımına qoşularaq oğlunun xəstəxana görüntüsünü yayımlayıb.
Serum müalicəsi alan Emirin yaxşılaşdığı bildirilir.
Qeyd edək ki, İdo Tatlısəs İbrahim Tatlısəs ilə Derya Tunanın oğludur. /Musavat.com