image-pakistanli-kaynaklar-muzakere-olacak-dedi-irandan-19765924_1975_ampbackend

TƏCİLİ! İran danışıqlarla bağlı xəbəri yalanladı

İranla bağlı ABŞ ilə aparılan mümkün müzakirələrə dair ziddiyyətli məlumatlar gündəmə gəlib.

Referans Media xəbər verir ki, Pakistanlı mənbələr İranın planlaşdırılan ikinci tur danışıqlara qatılacağını iddia etsə də, Tehran bu məlumatı təkzib edib.

Bəzi Pakistanlı mənbələr İranın ABŞ ilə keçiriləcək ikinci mərhələ danışıqlarda iştirak edəcəyini irəli sürüb. Bu iddia beynəlxalq mediada geniş müzakirəyə səbəb olub.

Lakin İran Xarici İşlər Nazirliyi bu məlumatı rədd edib. Nazirliyin sözçüsü İsmayıl Bekayi bildirib ki, hazırkı mərhələdə ABŞ ilə ikinci tur danışıqların keçirilməsi planlaşdırılmır.

Bekayi əlavə edib ki, ABŞ tərəfinin diplomatik prosesə ciddi yanaşmadığı, bölgədə gərginliyi artıran addımlar atdığı və atəşkəs rejimini pozduğu müşahidə olunur.

Son günlər ABŞ və İsrail ilə İran arasında gərginlik daha da yüksəlib. Xüsusilə enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ətrafındakı vəziyyət diqqətlə izlənilir.

Qeyd edək ki, tərəflər daha əvvəl Pakistanın vasitəçiliyi ilə İslamabadda görüşmüş, lakin həmin danışıqlardan konkret nəticə əldə olunmamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki