Təhsil sektorunda növbəti yenilik müəllimlərin əməkhaqqı ilə bağlıdır.
Referans xəbər verir ki, bu barədə MÜTDA-nın (Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli məlumat verib.
O bildirib ki, 80 mindən çox müəllimin sertifikatlaşdırma prosesindən uğurla keçəcəyi və bunun nəticəsində onların əməkhaqlarına əlavələr ediləcəyi gözlənilir.
Məlumata əsasən, sertifikatlaşdırma prosesi müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədi daşıyır və bu mərhələdə uğur qazanan pedaqoqlar maddi baxımdan da stimullaşdırılacaq. Artıq ilkin nəticələrə görə, on minlərlə müəllimin bu mərhələdən müvəffəqiyyətlə keçdiyi müəyyən olunub.
Qeyd olunub ki, bu proses müəllimlərin peşəkarlığının artırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından önəmli addımdır. Əməkhaqqına əlavə alan müəllimlər həm də məktəbdaxili fəaliyyətlərdə daha fəal iştirak etməyə həvəsləndiriləcəklər. /
News24.az