Tələbələr təhlükə ilə üz-üzə: HANSI TƏDBİRLƏR GÖRÜLƏCƏK?

Bakıda peşə təhsili mərkəzinin qarşısında piyada səkinin olmaması yüzlərlə tələbəni təhlükə iıə üz-üzə qoyur.

Referans Media xəbər verir ki, Ajans.az-a daxil olan şikayətə görə, söhbət Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 76 ünvanında yerləşən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin qarşısından gedir.

Bildirilib ki, təhsil müəssisəsinin qarşısında piyadaların rahat və təhlükəsiz hərəkəti üçün səki nəzərdə tutulmayıb. Ərazidə avtomobillərin saxlanılması da vəziyyəti çətinləşdirir. Nəticədə tələbələr dərsə gedib-gələrkən avtomobil yolundan istifadə etmək məcburiyyətində qalırlar.

Müraciətdə diqqətə çatdırılıb ki, mərkəzdə rayonlardan gələrək yataqxanada qalan tələbələr də təhsil alırlar. Dərslərin iki növbədə keçirilməsi səbəbindən gün ərzində çoxsaylı tələbə həmin ərazidən istifadə edir.

Xüsusilə yağışlı və qarlı havalarda vəziyyət daha da ağırlaşır. Asfalt örtüyündə yaranan su gölməçələri tələbələrin hərəkətini çətinləşdirir, onlar suyun içindən keçməyə məcbur qalırlar. Səkinin olmaması tələbələrin avtomobillərlə toqquşması və digər bədbəxt hadisələrlə üzləşməsi riskini artırır.

Müraciət müəllifləri aidiyyəti qurumlardan təhsil müəssisəsinin qarşısında piyada səkinin salınmasını, eləcə də avtomobillərin nizamsız park edilməsi probleminin aradan qaldırılmasını xahiş edirlər.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki