Anar Bayramov 16 illik direktoru işdən çıxardı

Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə vəzifəsindən azad edilib.

Referans Media  Qaynarinfo-ya istinadla xəbər verir ki, bununla bağlı səhiyyə naziri Anar Bayramov əmr imzalayıb.

Hələlik mərkəzin rəhbərliyi baş direktorun müavini Elşad Elbaris oğlu Ömərova həvalə edilib.

Qeyd edək ki, 2010-cu ildə yaradılan Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi 2025-ci ildə adını dəyişərək Rəqəmsal Səhiyyə Mərkəzi olub. Cəbrayıl Tofiq oğlu Əsədzadə qurum yaradıldığı vaxtdan ona rəhbərlik edirdi.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki