Rusiya və Qazaxıstanın müdafiə nazirlikləri arasında 2027-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.
Referans Media xəbər verir ki, sənəd imzalanma mərasimində Rusiyanın müdafiə naziri Andrey Belousov və Qazaxıstanın müdafiə naziri Aydos Mırzaxmetov tərəfindən təsdiqlənib.
Bundan əvvəl işgüzar səfərlə Qazaxıstanda olan Belousov ölkənin müdafiə naziri ilə ikitərəfli görüş keçirib.
Görüş zamanı tərəflər hərbi və hərbi-texniki əməkdaşlığın mövcud vəziyyətini, regional təhlükəsizlik məsələlərini və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
İmzalanan 2027-ci il üzrə əməkdaşlıq planının iki ölkənin müdafiə nazirlikləri arasında birgə fəaliyyətin və hərbi əlaqələrin inkişafına xidmət edəcəyi bildirilir.
