İranın ali lideri Müctəba Xamenei ABŞ-da Respublikaçılar Partiyasının aralıq seçkilərdə məğlub olmasının Vaşinqtonun Tehrana münasibətinə təsir etməyəcəyini bildirib.
Referans Media xəbər verir ki, Xamenei bu fikirləri 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin ələ keçirilməsinin ildönümü münasibətilə qeyd olunan “Qlobal imperializmə qarşı Milli Mübarizə Günü” ilə əlaqədar yaydığı yazılı bəyanatda səsləndirib.
O iddia edib ki, ABŞ-ın əsas məqsədi “İran xalqını qeyd-şərtsiz təslim olmağa məcbur etməkdir”.
İran liderinin sözlərinə görə, düşmən qarşısında ən kiçik güzəşt belə ölkə uğrunda həlak olanların və xalqın fədakarlıqlarını mənasız edər, eyni zamanda qarşı tərəfi yeni tələblər irəli sürməyə və hücumlara cəsarətləndirər.
Xamenei qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın təmsil etdiyi Respublikaçılar Partiyasının seçkilərdə uğursuz nəticə əldə etməsi Vaşinqtonun İran siyasətində dəyişiklik yaradacağı anlamına gəlmir.
“ABŞ-ın davranışında dəyişiklik gözləyənlər dərin yanılma içindədirlər”, – deyə o vurğulayıb.
