Körpəsi ilə qəzaya düşən ananın son durumu açıqlandı

Xəbər verdiyimiz kimi, “Toyota Prado” markalı avtomobil körpəsini uşaq arabasında aparan piyadanı vurub.

Referans Media-ın xəbərinə görə, TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki,ötən gün saat 09:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən çağırış qeydə alınıb.

“Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın və körpə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bədənin bir neçə nahiyəsinin sınığı diaqnozu təyin edilən 1990-cı il təvəllüdlü şəxsin müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Başın açıq yarası diaqnozu təyin edilən 2025-ci il təvəllüdlü körpənin (kişi cinsli) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb”, – məlumatda deyilir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki