Sovet hökuməti dönəmində və müstəqilliyimizin ilk illərində Pentensiar Xidmət (o zaman Məhkəmə Qərarlarının İcrasının Baş İdarəsi) Daxili İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərib. Son 40 ilə nəzər salsaq həmin xidmətə bir rəhbər olunan sevinib, bir də oradakı vəzifəsini itirən... Əzim Piriyev, Şahvəz Vəliyev, Məmməd Zeynalov, Çingiz Əmirov, Aydın Qasımov, Nazim Ələkbərov, Mədət Quliyev, Ceyhun Həsənov və ən nəhayət Mirsaleh Seyidov. Yuxarıda adlarını sadaladıqlarımın bir neçəsinin özlərinin və yaxın adamlarının yolu həbsxanadan keçib. Hətta onlardan cəzaçəkmə yerində dünyasını dəyişlənlərdə olub.
Referans Media xəbər verir ki,bu barədə CityPost.az saytı yazır.
Saytın iddiasına görə, son günlər vəzifədən uzaqlaşdırılan 49 yaşlı general-mayor Mirsaleh Seyidov və onun komandasından bir neçə nəfəri də anoloji tale gözləyir.
Mirsaleh Seyidovdan əvvəl Pentensiar Xidmətdə rəis vəzifəsini icra edən Ceyhun Həsənov deyilənə görə oranı əməlli başlı rüşvət yuvasına çeviribmiş.
Ceyhun Həsənov bu vəzifəyə DİN-nin Nəqliyyatda Baş Polis İdarəsindən gəlmiş və Pentensiar Xidmətə özü ilə xeyli kadr gətirmişdi.
Hazırda təqaüddə olan “Aztəsərrüfat” MMC-yə rəhbərlik edən Ceyhun Həsənov Pentensiar Xidmətə özü ilə gətirdiyi sədaqətli adamlarında biri də Kadrlar Şöbəsinin rəisi polkovnik Əflatun Məmmədov idi.
Ə.Məmmədov külli-miqdarda rüşvət ittihamı ilə bu günlərdə həbs edilib və barəsində intensiv istintaq hərəkətləri aparılır. Çox güman ki, tezliklə Pentensiar Xidməti daha güclü həbs dalğası bürüyəcək. Mirsaleh Seyidov vaxtilə onu xidmətə qəbul etmiş və hazırda Milli Aviasiya Akademiyasında hüquq fakültəsinin dekanı vəzifəsini tutan, hüquq elmləri doktoru, Pentensiar Xidmətin sabiq rəisi, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımlını özünə köməkçi təyin etsə də, Ədliyyə Naziri Fərid Əhmədovun əmri ilə həmin şəxs bir neçə ay öncə Ədliyyə Orqanlarında xidmətdən kənarlaşdırıldı.
Araşdırmalarımız zamanı bəlli oldu ki, 49 yaşlı general-mayor Mirsaleh Seyidovun kökü dərinliklərdə olan dayaqları var imiş. Mirsaleh Seyidov Sumqayıtda yaşayan, əslən Qərbi Azərbaycanın Sisyan rayonundan olan tanınmış il adamı Zaman İskəndərovun bacısı oğlu, Bakı şəhəri Xətai rayonunun İcra Hakimiyyətinin keçmiş Başçısı, hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Razim Məmmədovun xalası oğlu, “Azərsu” ASC-nin İdarə Heyətinin keçmiş sədr müavini Mirkamil Seyidovun qardaşı oğlu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun isə bacısının (bəzi məlumatlara görə keçmiş) əridir.
Xatırladaq ki, Mirsaleh Seyidov 23.09.1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2002-ci ildə isə magistr pilləsini bitirib. 1999-cu ilin yanvar ayından Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrasının Baş İdarəsində Əməliyyat Rejim Şöbəsinin Rejim və Nəzarət Xidmətinin Təşkili Bölməsinin Nəzarətçilər üzrə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlayıb. Fevral ayından isə həmin idarənin Rejim Nəzarət Şöbəsinin inspektoru olub. 2001-ci ilin avqust ayında MQİBİ-nin 3 nömrəli İstintaq Təcridxanasında Rejim, Mühafizə və Nəzarət Şöbəsinin rəisi, 2006-cı ilin noyabr ayından həmin Təcridxananın tərbiyə işləri üzrə rəis müavini, 2018-ci ilin fevral ayından isə Əməliyyat-Rejim üzrə rəis müavini vəzifəsində xidmət edib. 2009-cu ilin fevral ayından Pentensiar Xidmətin 15 nömrəli Cəzaçəkmə Müəssisəsində, 2011-ci ilin avqust ayından 2016-cı ilin fevral ayınadək isə 10 nömrəli Cəzaçəkmə Müəssisəndə rəis vəzifəsində işləyib. 2016-cı ilin fevral ayından 2023-cü ilin iyul ayının 10-dək Pentensiar Xidmətdə Əməliyyar-Rejim İdarəsinin rəisi vəzifəsində çalışıb. 2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Ədliyyə Nazirliyinin müavini, Pentensiar Xidmətin rəisi təyin edilmişdir.
Qeyd edək ki,Mirsaleh Miradil oğlu Seyidov ötən ayın 27-də Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.
