image-polis-doblobackend

Şagird sinif yoldaşını yandırdı: cinayət işi açıldı

Bakıda orta məktəbin IX sinif şagirdinin xəsarət alması faktı ilə bağlı cinayət işi açılıb.

Referans Media  APA-ya istinadla xəbər verir ki, Yasamal rayon Polis İdarəsində faktla bağlı cinayət işi başlanıb.

İstintaq tədbirləri davam etdirilir.

TƏBİB-dən verilən məlumata görə, aprelin 20-də yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.

Yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki