Tovuzda qidadan zəhərlənənlərin son durumu…

  Dünən saat 16:00 radələrində zəhərlənmə şübhəsilə 4 nəfər (2-si kişi, 2-si qadın olmaqla) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Referans.az  bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

 Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin edilib.

Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki