image-tramp-donaldbackend

Tramp İrana hücumdan sonra rekord qırdı – SƏBƏB

ABŞ-ın son Prezidentləri arasında Donald Tramp qədər çox hərbi hücum əmri verən olmayıb.

Referans Media xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Bildirilib ki, seçki kampaniyası zamanı özünü “müharibə əleyhinə namizəd” kimi təqdim etməsinə baxmayaraq, Tramp prezidentliyi dövründə ABŞ yeddi ölkənin ərazisində hərbi əməliyyatlar aparıb.

Məlumata əsasən, hücuma məruz qalan ölkələr arasında əvvəllər ABŞ hərbi zərbələrinin hədəfi olmayan İran, Nigeriya və Venesuela da yer alıb.

Nəşr qeyd edir ki, Tramp təkcə 2025-ci ildə sələfi Co Baydenin bütün prezidentlik müddəti ərzində verdiyi hava hücumu əmrlərindən daha çox göstəriş verib.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki