Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiya Federasiyasının Belqorod bölgəsində hücum həyata keçirib.
Referans xəbər verir ki, bölgə rəhbəri Vyaçeslav Qladkovun verdiyi məlumata görə, hücum zamanı üç mülki şəxs yaralanıb.
Qeyd edək ki, bu hadisə Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında 15 avqustda Alyaskanın Ankoric şəhərində baş tutacaq görüşdən əvvəl baş verib.(Globalinfo.az)