ABŞ Prezidenti Donald Tramp Ağ Evdə baş verən atışma hadisəsi ilə bağlı şərhində zarafat edib.
Referans Media xəbər verir ki, o, bu barədə “CBS News”a verdiyi müsahibədə deyib.
Tramp istehzalı şəkildə qeyd edib ki, hadisəni törədən şəxsin qaçışı peşəkar səviyyədə qiymətləndirilə bilər:
“Hücum edən şəxs təxminən 45 yard məsafəni sürətlə qət edib və gözlənilmədən təhlükəsizlik nöqtəsini keçib”.
Donald Tramp bu kontekstdə zarafatla ABŞ Milli Futbol Liqasına (NFL) həmin şəxslə müqavilə bağlamağı tövsiyə edib.























