ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) tərəfindən aparılan araşdırmada 47 meyvə və tərəvəz qiymətləndirilib və su tərəsi 100 bal toplayaraq birinci olub.
Mütəxəssislərə görə, su tərəsi A, C, K və B9 vitaminləri, eləcə də kalsium, maqnezium və dəmirlə zəngindir. Tərkibindəki maddələr iltihabı azaldır və xərçəngə qarşı təsir göstərir.
Bitki əsasən rütubətli ərazilərdə təbii şəkildə yetişir. Lakin gigiyenaya diqqət edilməli, istifadədən əvvəl yaxşı yuyulmalıdır. Alimlər onu faydasını qorumaq üçün çiy şəkildə istehlak etməyi tövsiyə edir.























