image-muctebabackend

Müctəba Xamenei ilə bağlı müəmma: dünya bu görüntülərlə silkələnir

Xəbər verdiyimiz kimi, İranın Məşhəd şəhərindəki xatirə divarında son müharibədə ölən yüksək vəzifəli şəxslərlə yanaşı, Müctəba Xameneinin fotosunun yer alması onun öldürüldüyü barədə iddiaları artırıb. Bununla bağlı rəsmi açıqlamanın verilməməsi cəmiyyətdə ciddi narahatlıq, mübahisələr yaradıb.

İddialar nə dərəcədə realdır? Bu, İran üçün nə vəd edir?

Referans Media  xəbər verir ki ,Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Müctəba Xameneinin atası ilə birlikdə ağır yaralandığı barədə də məlumatlar var idi, hətta ayağının və qolunun amputasiya olunduğu bildirilirdi:

“Ola bilsin ki, həqiqətən ağır vəziyyətdədir və ya artıq dünyasını dəyişib. Bu isə İranın gələcəyi baxımından ciddi suallar yaradır. Fikrimcə, növbəti mərhələdə yeni ali rəhbər seçiləcək və proses həmin istiqamətdə davam edəcək. İranda bu vəzifə üçün kifayət qədər namizəd var və sistem yenidən eyni formada işləməyə cəhd edəcək. Ancaq lider dəyişikliyi məsələsi sadə deyil. Hətta Müctəba olmasa belə, Əli Xameneinin aradan qaldırılmasından sonra ölkədə ciddi zəifləmə artıq hiss olunur. Çünki Əli Xamenei İran üçün əsas birləşdirici fiqur idi və onun yoxluğunda ordu ilə dini rəhbərlik arasında müəyyən məsafə yaranıb. Bu şəraitdə SEPAH-ın daha güclü şəkildə önə çıxdığı və yeni liderə tam tabe olmadığı aydın görünür. Qərb mətbuatında da İranı faktiki olaraq SEPAH və onun komandanlığının idarə etdiyi barədə iddialar səsləndirilir. Bu isə ölkə daxilində gərginliyin kifayət qədər yüksək olduğunu göstərir”.

 

 

Politoloq bildirib ki, yeni ali dini rəhbərin seçiləcəyi gözlənilsə də, onun səlahiyyətlərinin əvvəlki kimi güclü olacağı inandırıcı deyil:

“Görünən odur ki, qarşıdakı dövrdə siyasi vəziyyət daha çox Prezidentlə SEPAH komandanlığı arasında güc mübarizəsi ilə xarakterizə olunacaq. Hətta Müctəba Xamenei hakimiyyətdə qalsa belə, atasının oynadığı birləşdirici rolu təkrarlaya bilməsi çətin görünür. Yəni onun olub-olmaması ümumi mənzərəni ciddi şəkildə dəyişmir. Çünki Əli Xameneinin öldürülməsindən sonra həmin vəzifə artıq əvvəlki gücünü xeyli dərəcədə itirib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki