İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rızai bildirib ki, ABŞ İranın irəli sürdüyü şərtləri qəbul etmək məcburiyyətindədir.
IRNA-nın məlumatına görə, Rızai qeyd edib ki, region ölkələri və neft alıcıları Hürmüz boğazı üzərindən keçidlərin məhdudlaşmasına görə ABŞ-a təzyiq edir və boğazın açılması üçün Vaşinqtondan addımlar tələb olunur.
O əlavə edib ki, İran parlamentində boğazdan keçidlərin ödənişli olması ilə bağlı qanun layihəsi üzərində iş gedir və əvvəlki qaydalara qayıdış mümkün deyil.
Rızai vurğulayıb ki, İran ABŞ-la danışıqlarda irəli sürdüyü 10 şərtdən geri çəkilməyəcək.























