ABŞ Prezidenti Donald Tramp İrana daha bir sərt xəbərdarlıqla çıxış edib.
O, “The Hugh Hewitt Show” radio proqramına müsahibə verib. Tramp İranın sonuncu şahının oğlu Rza Pəhləvi ilə görüş keçirməyi məqsədəuyğun hesab edib-etmədiyi barədə düşündüyünü deyib.
O bildirib ki, İran hökuməti etiraz aksiyaları zamanı nümayişçilərin öldürülməsinə yol verərsə, Vaşinqton Tehrana qarşı “çox sərt” zərbələr endirəcək. Trampən sözlərinə görə, hazırki mərhələdə prosesin gedişini izləmək və kimin önə çıxacağını görmək lazımdır.
Trampın sözlərinə görə, ABŞ İranda baş verən etirazları diqqətlə izləyir. Aparıcının aksiyalar zamanı onlarla insanın öldüyü barədə qeydinə cavab verən Tramp qeyd edib ki, bəzi ölümlər izdihamın idarə olunması zamanı yaranan sıxlıq və əzilmə halları ilə bağlı ola bilər.
“Onlara açıq şəkildə deyilib ki, etirazçıları öldürsələr, cəhənnəm əzabı çəkəcəklər. Biz bunu çox diqqətlə izləyirik və onlar bunu bilirlər”, – deyə Tramp bildirib./globalinfo.az
