Türk Ordusuna hücum oldu – Yaralananlar var

İraqda Türkiyə Silahlı Qüvvələrinin beşinci komando taboruna pilotsuz uçuş aparatları vasitəsilə hücum olub, 10 hərbçi yaralanıb.

Referans Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat Şamil Tayvar deyib.

O bildirib ki, hücumun PKK terror təşkilatının təşkil etdiyi ehtimal olunur.

Onun sözlərin görə, yaralananlar arasında zabitlər də var və hərbçilər xəstəxanaya yerləşdiriliblər.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki