Türkiyə 2 min kilometr məsafəli raket hazırlayacaq

“Türkiyə 2 min kilometr məsafəli raket proqramı üzərində işləyir”.

Referans Media xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır deyib.

“Tayfun”un yeni növləri hazırlanır, “Seyir” raketləri də hava hücumundan müdafiə (HHM) sistemləri üçün problem yaradır”,- deyə o bildirib.

Nazirin sözlərinə görə, Türkiyənin digər raketləri də HHM sistemləri üçün asan hədəf deyil.

“Bizim heç bir dövlətə qarşı ərazi iddiamız yoxdur. Amma kimlərinsə bizim torpaqlarda gözü olmasın deyə hərbi potensialımızı gücləndirməliyik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki