image-alicanbackend

Türkiyə Ermnənistanla bağlı xoş xəbəri açıqladı

Türkiyə–Ermənistan sərhədində yerləşən “Alican” sərhəd-keçid məntəqəsində işlərin təxminən 90 faizi tamamlanıb.

Referans Media xəbər verir ki, bu barədə Türkiyənin İğdır vilayətinin yerli hakimiyyət orqanları açıqlama verib.

Məlumata əsasən, işlər həm Türkiyənin İğdır vilayətinin Qaraqoyunlu rayonundakı “Alican” keçid məntəqəsində, həm də Ermənistanın Armavir vilayətində yerləşən “Marqara” keçid məntəqəsində paralel şəkildə aparılır.

Layihə çərçivəsində Türkiyə tərəfində gömrük və sərhəd prosedurları üçün yeni binalar inşa edilir. Eyni zamanda, Ermənistandan gələn şəxslərin İğdır və bölgə ilə tanış olması məqsədilə reklam və məlumatlandırma lövhələri quraşdırılıb.

İğdır valisi Ercan Turan ərazidə aparılan işlərlə tanış olub və Qaraqoyunlu bələdiyyə sədri Fatih Ərdoğandan görülən işlər barədə məlumat alıb.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki