Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ

Türkiyənin Muğla vilayətində zəlzələ olub.

Referans Media  xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
 

Bildirilib ki, Datça rayonundan 135 kilometr aralıda, Egey dənizində 4,3 maqnitudalı zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 16:34-də qeydə alınıb.

Məlumata görə, zəlzələnin ocağı 12,4 kilometr dərinlikdə olub. Təkanların ətraf ərazilərdə də hiss olunduğu bildirilir.

Dağıntı və ya xəsarətlə bağlı rəsmi məlumat açıqlanmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki